Sabahın havası: Bakıda duman olacaq

Xəbərlər

10.05.2024 - 13:17

Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq

Azərbaycanda mayın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

Gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

Müəllif: Ayna.az