Sabahın havası: Bakıda 20 dərəcə isti olacaq

Xəbərlər

01.05.2026 - 15:02

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş