Sabahın havası: 27 dərəcə isti olacaq

Xəbərlər

15.04.2024 - 14:18

Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir

Azərbaycanda aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək -764 mm civə sütunu - olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Rayonlarda havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Müəllif: Ayna.az