Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

15.02.2026 - 13:11

Sabah 20 dərəcə isti olacaq

Fevralın 16-da gözlənilən hava proqnozu açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş