Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

08.04.2024 - 13:59

cedabet dərman SEO Xidməti

Bakıda 18, bölgələrdə 21 dərəcə isti gözlənilir

Azərbaycanda aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Gecə 6-10 dərəcə  isti, gündüz 13-18 dərəcə  isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 7-12 dərəcə  isti, gündüz 16-21 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə  isti, gündüz 5-10 dərəcə  isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş