Bakıda hava yağmursuz keçəcək
Azərbaycanda yanvarın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə havanın qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 1-3°, gündüz 3-5° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.