Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

25.01.2024 - 14:21

Bakıda və rayonlarda hava yağmursuz keçəcək

Azərbaycanda yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14°, gündüz 1-6° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş