Bakıda 19, rayonlarda 22 dərəcə isti gözlənilir
Azərbaycanda oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Mülayim cənub küləyi əsəcək.
Gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq.