Sabahın hava proqnozu

Xəbərlər

02.06.2025 - 14:13

cedabet dərman SEO Xidməti

Bakıda 29, bölgələrdə 28 dərəcə isti gözlənilir

Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş