Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.