Fevral ayının ilk gününün hava şəraiti açıqlanıb
Fevralın 1-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şərq rayonlarda az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq