Qərb rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
Azərbaycanda aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 6-11°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74, gündüz 45-50 faiz təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 6-11°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir.