Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq

Xəbərlər

13.05.2024 - 19:21

cedabet dərman SEO Xidməti

Agentlik: Suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq

Mayın 14-16-dək Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

AYNA xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.

Bildirilib ki, Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.

Qeyd edilib ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş