Sabaha gözlənilən xəbər açıqlandı

Xəbərlər

03.04.2020 - 13:47

Həkimlər Klinikalar SEO Xidməti

Rayonlarda  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

 

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.

 

AYNA Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz  11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

 

Aprelin 4-də Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Gecə və səhər saatlarında  duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş