Sabah Xətainin bəzi ərazilərində su olmayacaq

Xəbərlər

15.07.2025 - 22:02

Axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq

Bakının Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qeyd olunub ki, 17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş