Sabah qazın ödənişi ilə bağlı sistemdə müvəqqəti fasilə yaranacaq

Xəbərlər

06.04.2024 - 22:26

cedabet dərman SEO Xidməti

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib

Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq.

AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Buna səbəb "Azəriqaz"ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq.

Qeyd olunub ki, bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş