Sabah Novruz tətili başa çatır

Xəbərlər

26.03.2024 - 11:56

Bu gün son qeyri-iş günüdür

Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır. AYNA xəbər verir ki, qeyri-iş günləri martın 20-də başlayıb və bu gün son qeyri-iş günüdür.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi.

Növbəti iş günü martın 27-dir.

Müəllif: Ayna.az