Sabah Bakıya çiskinli yağış yağacaq

Xəbərlər

15.02.2021 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir

 

Fevralın 16-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş