Dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir
Fevralın 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.