Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Cəmiyyət

01.01.2021 - 13:32

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Sabah - yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bu barədə AYNA-ya paytaxtın kommunal strukturlarından məlumat verilib.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: Ayna.az