Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb
Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də bir sıra müntəzəm marşrutların hərəkəti alternativ küçələrdə təşkil ediləcək. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrdə təşkil ediləcək.