Sabah Bakıda 23 dərəcə isti olacaq

Xəbərlər

04.10.2020 - 13:26

cedabet dərman SEO Xidməti

Azərbaycanda oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz  21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. 

 

Oktyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 13-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz  8-11 dərəcə isti olacaq.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş