Sabah Bakıda 10 dərəcə isti gözlənilir

Xəbərlər

27.12.2020 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda dekabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, dekabrın 28-də  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  8-10, Bakıda gecə 2-4, gündüz  8-10  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş