Saatlıda gecələr işləyən çayxana aşkarlanıb

Hadisə

13.05.2021 - 14:49

Həkimlər Klinikalar SEO Xidməti

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş