Rutte: “30 ölkə Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayır”

Dünya

19.08.2025 - 11:32

“30 ölkədən ibarət qrup təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir”

Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup münaqişənin həlli çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində NATO-nun baş katibi Mark Rutte bildirib.

“Son bir neçə ay ərzində Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir”, - deyə Rutte qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş