Rüstəm İbrahimbəyov dəfn olunub - VİDEO

Mədəniyyət

16.03.2022 - 14:26

Xalq yazıçısı Birinci Fəxri xiyabanda torpağa tapşırılıb

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. AYNA-nın xəbərinə görə, vida mərasimi Nizami Kino Mərkəzində baş tutub. 

Mərasimdə Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, Rusiya səfiri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Nizami Kino Mərkəzinin matəmsayağı bəzədilmiş böyük səhnəsində postament üzərinə qoyulub. Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına müxtəlif təşkilatlar adından da əklillər düzülüb.

İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov jurnalistlərə açıqlamasında deyib ki, insanın atasını itirməsi çox üzücüdür, dərin kədərdir: "Atamın vəfatı gözlənilməz oldu. Şadam ki, o Bakıya gətirildi, vətənində dəfn ediləcək. Onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.

F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

Vida mərasiminin ardından dəfn Xalq yazıçısı Birinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. 1939-cu ildə Bakı şəhərində anadan olan yazıçı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Allah rəhmət eləsin!

Rüstəm İbrahimbəyov dəfn olunub - Rüstəm İbrahimbəyov dəfn olunub - Rüstəm İbrahimbəyov dəfn olunub -
Müəllif: Ayna.az