Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb

Dünya

04.09.2024 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Hücum nəticəsində 271 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Bundan başqa, 271 nəfər yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, təlim korpusunun altı mərtəbəli binasının dağıntıları altında beş nəfər ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş