Rusiyalı zabit Şuşada minaya düşərək ölüb

Hadisə

19.12.2020 - 00:39

Minalardan təmizləmə qrupunun zabiti həlak olub

 

Rusiya sülhməramlılarının zabiti Şuşada ərazilərin minalardan təmizlənməsi zamanı həlak olub.

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

 

“17 dekabr tarixində Şuşa yaşayış məntəqəsindəki yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Minalar Əleyhinə Beynəlxalq Mərkəzin minalardan təmizləmə qrupunun zabiti ağır yaralanıb”, - deyə məlumatda deyilir.

 

Bildirilir ki, hərbi qulluqçuya dərhal təcili tibbi yardım göstərilsə də, hospitala aparılan zaman aldığı travmalar səbəbindən yolda keçinib.

Müəllif: Ayna.az