Qanun internetdə, mediada, filmlərdə və reklamlarda uşaq dünyaya gətirməkdən imtinanı təbliğ edən məlumatları qadağan edir
Rusiya Dövlət Dumasının çərşənbə axşamı keçirilən iclasında uşaqsızlıq - uşaq sahibi olmaqdan imtina ilə bağlı təbliğatı qadağan edən qanun qəbul olunub. Qanun dərhal ikinci və üçüncü oxunuşlarda qəbul edilib. AYNA bu barədə “İnterfaks”a istinadən xəbər verir.
Qanun internetdə, mediada, filmlərdə və reklamlarda uşaq dünyaya gətirməkdən imtinanı təbliğ edən məlumatları qadağan edir.
O cümlədən, “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” Qanunun 10.6 və 15.1-ci maddələrinə və Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilib.
Təşəbbüsün müəllifləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko, eləcə də geniş deputatlar və senatorlar qrupu olub.