Rusiyada telefonun parolunu FTX əməkdaşına deməyənlər həbs olunacaq

Dünya

17.04.2026 - 21:08

Rusiyada sərhədçilərə vətəndaşların şəxsi cihazlarını yoxlamaq hüququ verilib. Sərhəddə telefonun parolunu sərhədçilərə təqdim etməyənlər həbs ediləcək. AYNA.AZ bildirir ki, bu barədə qaydanı Rusiya Federal Təhlükəsizlik Xidməti təsdiq edib.

Belə ki, sərhəddə telefonun və ya noutbukun kilidini açmaqdan imtina etmək 15 günə qədər həbslə nəticələnə bilər. Sərhədçilərə vətəndaşların şəxsi cihazlarını yoxlamaq hüququ verilib. Giriş icazəsindən imtina etmək tabesizlik kimi qiymətləndirilə bilər.

Belə hallarda 5000-7000 rubl cərimə və ya inzibati həbs mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş