Rusiyada qaz partlayışı nəticəsində 4 nəfər ölüb

Dünya

19.10.2024 - 21:29

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyada ölümlə nəticələnən güclü partlayış baş verib

Rusiyanın Tambov vilayətinin Kirsanov şəhərində çoxmənzilli yaşayış binasında qaz partlayışı nəticəsində dörd nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.

Daha əvvəl çoxmərtəbəli binada qaz partlayışı nəticəsində iki nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, şənbə günü saat 05:00 radələrində (Bakı vaxtı ilə təxminən 06:00) Kirsanovun çoxmərtəbəli yaşayış binasında yanğınla müşayiət olunan məişət qazının partlayışı baş verib.

Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş