Rusiyada partlayış olub - <font color=red> Ölən və yaralananlar var</font>

Dünya

13.08.2021 - 06:22

Həkimlər Klinikalar SEO Xidməti

Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub

 

Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

 

"Xəsarət alanların sayı 18 nəfərə çatdı, onlardan biri - qadın öldü", - Qusev özünün teleqram sosial şəbəkəsindəki hesabında yazıb.

 

Qeyd edək ki, xəsarət alanlar arasında uşaq yoxdur.

 

Faktla bağlı cinayət işi qaldırılıb.

 

Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı avtobusda 35 nəfər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş