Rusiyada noyabrda bir neçə yeni qanun qüvvəyə minəcək

Dünya

31.10.2024 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Miqrasiya sferasının təkmilləşdirilməsi də daxil olmaqla, bir neçə yeni qanun qüvvəyə minəcək

Rusiyada miqrasiya sferasının təkmilləşdirilməsinə, 10 mindən çox abunəçi auditoriyası olan bloq və kanalların işinə təsir edən qanunlar da daxil olmaqla, noyabr ayında bir neçə yeni qanun qüvvəyə minəcək. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, qanunvericilikdəki yeni dəyişikliklər xarici vətəndaşların dövlət sistemlərində qeydiyyatı zamanı səhvlərin aradan qaldırılmasına yönəldiləcək.

Həmçinin noyabr ayından etibarən “Roskomnadzor” rəqəmsal mühitdə təhlükəsizliyi artırmalı olan bloqların siyahısını saxlamağa başlayacaq. Dəyişikliklər “xarici agentlərə” də təsir edəcək - onların dövlət orqanlarında səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.

Dövlət Dumasının deputatı Nikita Çaplinin qeyd edib ki, əsas dəyişikliklərdən biri hakimiyyət orqanlarının ölkənin müəyyən regionlarında kriptovalyuta istehsalını məhdudlaşdırmaq imkanı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş