Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Rusiyada son 24 saat ərzində 6 min 632 nəfərdə koronavirus aşkar edilib. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 674 min 515-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi açıqlama verib.
Açıqlamada, ölkədə son sutkada 168 nəfərin öldüyü, bununla da ölənlərin sayının 10 min 27 nəfərə çatdığı bildirilib. Gün ərzində 8 min 966 nəfərin sağalması ilə sağalanların sayı 446 min 879-a çatıb.
Rusiya İnsanların Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin verdiyi açıqlamaya görə, son 24 saatda ölkədə 301 min test edilib. Bu günə qədər edilən testlərin sayı isə 20 milyon 700 mini keçib. Bundan əlavə, 280 mindən çox insanın nəzarət altında olduğu vurğulanıb.
Qeyd edək ki, Rusiyada COVID-19-a ilk yoluxma hadisəsi 31 yanvarda, ilk ölüm isə 19 martda baş verib.