Rusiyada kəskin bağırsaq infeksiyası yayılıb

Dünya

04.09.2024 - 01:19

Həkimlər Klinikalar SEO Xidməti

İnfeksiya ilə 70 nəfər xəstəxanaya yerləşdirilib

Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.

Region prokurorluğu bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş