Rusiyada çoxarvadlılığa icazə verilib

Dünya

20.12.2024 - 08:31

Həkimlər Klinikalar SEO Xidməti

Ərin bütün arvadlarla ədalətli və bərabər davranması şərti ilə Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib

Rusiya Müsəlmanları Ruhani İdarəsi dini çoxarvadlılığa icazə verib. AYNA xəbər verir ki, bu barədə Moskva müftisi İldar Alyautdinov “RİA Novosti”yə bildirib

Alyautdinovun sözlərinə görə, İlahiyyatçılar Şurası ərin bütün arvadlarla ədalətli və bərabər davranması şərti ilə Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verib. Müfti aydınlaşdırıb ki, əgər həyat yoldaşı səhhətinə görə, reproduktiv yaşının başa çatması və ya digər obyektiv səbəblərə görə uşaq dünyaya gətirə bilmirsə, buna icazə verilir.

Eyni zamanda, kişi yeni arvad alması ilə bağlı məlumatları gizlədə bilməz. Müftinin sözlərinə görə, əgər ikinci arvad xəbərdar edilməyibsə və mövcud vəziyyəti qəbul etməyə hazır deyilsə, o zaman nikahın (İslam normalarına görə toy) pozulmasını tələb etmək hüququ var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş