Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olunub

Xəbərlər

15.07.2025 - 17:11

Bu tamaşalar Rusiyanın "Böyük qastrollar" adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib. AYNA.AZ Oxu.az-a istinadən bildirir ki, bu barədə Novosibirskin "Qlobus" Akademik Gənclər Teatrının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu tamaşalar Rusiyanın "Böyük qastrollar" adlı federal proqramı çərçivəsində planlaşdırılmışdı.

"Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Böyük qastrollar" proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları ləğv edilib", - deyə açıqlamada qeyd olunur.

Ləğv edilən tamaşalar arasında "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş