Mariya Zaxarova: “Üçtərəfli Birgə Bəyanatın elementlərindən biri humanitar blokun müzakirəsidir”
“Moskva Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa yardım etməyə hazırdır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycan Prezidentinin Ermənistanı Qərbi Azərbaycan icmasının nümayəndələri ilə danışıqlara başlamaq çağırışı ilə bağlı sualını cavablandırarkən deyib.
Zaxarova qeyd edib ki, Üçtərəfli Birgə Bəyanatın elementlərindən biri humanitar blokun müzakirəsidir: “Bura keçmiş qaçqınların hüquqlarına hörmət, mədəni və dini irs obyektlərinin qorunması, itkin düşənlərin axtarışı, hərbi əsirlərin mübadiləsi kimi məsələlər daxildir. Biz dəfələrlə Bakı ilə İrəvan arasında humanitar məsələlərin bütün spektri üzrə həm rəsmi, həm də ictimai səviyyədə dialoqun bərpasının vacibliyini qeyd etmişik. Əgər tərəflər bizim imkanlarımızdan istifadə etmək istəsələr, o zaman biz də öz tərəfimizdən kömək etməyə hazırıq”, - Rusiya XİN rəsmisi qeyd edib.