Rusiya XİN İkinci Qarabağ müharibəsinin bitməsinin ildönümü ilə bağlı bəyanat yayıb

Aktual

09.11.2021 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

“Sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik”

Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli Birgə Bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb. AYNA-nın xəbərinə görə, bəyanat XİN-in rəsmi saytında yerləşdirilib.

Sənəddə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyi vurğulanıb.

“Rusiya XİN tərəfdaşlarla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir. Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq”, - deyə XİN-in bəyanatında qeyd edilib.

Bəyanatda vurğulanıb ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb: “Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində 3 paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib. Rusiya sülhməramlı kontingenti bölgədə dinc həyatın qurulmasında fəal iştirak edir. Regiona mütəmadi olaraq humanitar yardımlar çatdırılır, ərazilər minalardan təmizlənir. 2020-ci ilin noyabr ayından 1937 bina yoxlanılıb, 2311,5 hektar ərazi və 683 km yol təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş