Rusiya Xarkova raket zərbəsi endirib: 4 nəfər ölüb - VİDEO

Dünya

29.10.2024 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

İki ev dağıdılıb, 20-yə yaxın evə müxtəlif dərəcəli ziyan dəyib

Rusiya qoşunları çərşənbə axşamı gecə Xarkova növbəti hava hücumu həyata keçirib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində dörd nəfər ölüb.

Zərbə nəticəsində Osnovyanski rayonunda iki ev dağıdılıb, 20-yə yaxın evə müxtəlif dərəcəli ziyan dəyib.

Şəhər meri İqor Terexov deyib ki, Rusiya hərbçiləri “Qrom-E1” raketindən istifadə ediblər.

Qeyd edək ki, dünən axşam saatlarında Rusiya hərbçiləri Xarkov şəhərinin mərkəzinə idarə olunan hava bombaları ilə zərbə endirib, 6 nəfər yaralanıb. İlkin məlumata görə, tibb müəssisəsinin binasına və inzibati binalara ziyan dəyib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Ermak bildirib ki, UNESCO-nun himayəsində olan konstruktivizm abidəsi olan Qosprom binası zədələnib.

Həmçinin ötən gecə Krivoy Roqda Rusiyanın raket hücumu nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Ukrayna Dövlət Fövqəladə Xidmətinin məlumatına görə, zərbənin təsirindən üçmərtəbəli yaşayış binası, yardımçı tikililər, tibb məntəqəsi və avtomobillər zədələnib, 12-yə yaxın qaraj dağılıb. Bundan əvvəl Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul şəhərin ballistik raketlərlə hücuma məruz qaldığını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş