8 nəfər həlak olub: ölənlərdən ikisi uşaqdır
7 mart gecəsi Rusiya qüvvələri Xarkova “İzdeliye-30” raketi ilə yaşayış binasına zərbə endirib. AYNA.AZ xəbər verir ki, bu barədə RBC-Ukrayna Xarkov Vilayət Prokurorluğunun “Telegram” kanalına istinadən məlumat yayıb.
“Dünən gecə Rusiya raketi Xarkovun Kiyevski rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirdi. Hücum nəticəsində binanın birinci-beşinci mərtəbələri dağıdılıb. İkisi uşaq olmaqla səkkiz nəfər həlak olub. Üçü uşaq olmaqla 10-dan çox insan yaralanıb”, - deyə qeyd olunub.
Dağıntılar altında qalanlar var. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Prokurorluqdan bildirilib ki, ilkin məlumata görə, Rusiya qüvvələri binaya “İzdeliye-30” raketi ilə zərbə endirib.
Xarkov Vilayət Prokurorluğunun prosessual nəzarəti altında insan tələfatı ilə nəticələnən müharibə cinayəti (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə məhkəməyəqədər istintaq başlanıb.