Rusiya və Ukrayna hərbi əsirləri dəyişdiriblər

Dünya

15.01.2025 - 19:21

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya hərbçiləri hazırda Belarusdadırlar və orada psixoloji yardım alırlar

Rusiya və Ukrayna əsirləri “25-25” prinsipi ilə dəyişdiriblər. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri hazırda Belarusdadırlar və orada psixoloji yardım alırlar.

“Yanvarın 15-də danışıqlar prosesi nəticəsində 25 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 25 hərbi əsiri təhvil verilib. Hazırda bütün Rusiya hərbçiləri Belarus ərazisindədirlər. Onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, - nazirlikdən qeyd edilib.

Qeyd olunub ki, sərbəst buraxılan hərbçilərin hamısı Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.

Nazirlikdən qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri rus hərbçilərinin əsirlikdən geri qaytarılması zamanı humanitar vasitəçilik səyləri göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş