Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlar aparırlar

Dünya

18.02.2025 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya tərəfini danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təmsil edir.

Danışıqlarda Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş