Rusiya Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumları edib

Dünya

26.08.2024 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Kiyev, Dnepr, Odessa, Krivoy Roq, Xarkov və Lutskda partlayışlar olub

Rusiya qoşunları Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumları həyata keçirir. AYNA xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşrinin “Telegram” kanalı məlumat yayıb.

Nəşr bir sıra şəhərlərdə, o cümlədən Kiyev, Dnepr, Odessa, Krivoy Roq, Xarkov və Lutskda partlayışlar olduğunu yazıb.

“Ukrayna Prezidentinin dəftərxanasının rəhbəri Andrey Ermak rusların Ukraynanın energetika sektoruna zərbə vurduğunu açıq şəkildə bildirdi”, – “Strana.ua” yazıb.

Lutskda bir infrastruktur obyektinə raket dəyib. Ukraynanın ən böyük enerji şirkəti qeyd edib ki, bütün ölkə ərazisində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş