Sergey Şoyqu: “Biz onları öz ərazimizdən qovmayana qədər təbii ki, heç bir danışıqlar aparmayacağıq”
“Rusiya Ukrayna Silahlı Qüvvələrini ölkədən çıxarmayana qədər Ukrayna ilə danışıqlar aparmayacaq”. AYNA xəbər verir ki, bu sözləri “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Biz onları öz ərazimizdən qovmayana qədər təbii ki, heç bir danışıqlar aparmayacağıq", - Şoyqu vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva gələcək danışıqların mahiyyətini başa düşdüyü zaman Ukrayna münaqişəsinin həlli üçün görüşün mümkün yeri barədə danışmağa hazır olacaq.