Rusiya taxılını daşıyan qatar Azərbaycandan Ermənistana yola düşüb

Xəbərlər

11.03.2026 - 13:01

11 vaqonlu yük qatarında daşınan taxılın ümumi çəkisi 1023 tondur

Bu gün Rusiya taxılını Gürcüstan vasitəsilə Ermənistana aparan 11 vaqonlu yük qatarı Biləcəri dəmir yolu stansiyasından yola düşüb. AYNA.AZ xəbər verir ki, daşınan taxılın ümumi çəkisi 1023 tondur.

Qatar Böyük-Kəsik dəmir yolu stansiyasından keçərək Gürcüstana gedəcək və oradan da Ermənistana yola düşəcək.

488 ton Rusiya taxılını daşıyan yeddi vaqonlu yük qatarı sonuncu dəfə 9 martda Azərbaycan vasitəsilə Ermənistana yola düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş