Rusiya Qarabağa 7 vaqon material göndərib

Xəbərlər

20.12.2020 - 14:48

Göndərilən məhsul 300 kubmetr mişar taxtasıdır

 

Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən daha bir humanitar yardım karvanı Qarabağa çatdırılıb. Bu barədə AYNA TASS-a istinadən bildirir.

 

Nazirliyin Mətbuat Xidmətinin məlumatında qeyd olunub ki, dekabrın 19-da Rusiya Fövqəladə Hallar Nazirliyinin konsolidasiya edilmiş qrupunun mütəxəssisləri Rusiya Federasiyasından humanitar yardım gətirən 7 vaqonu boşaldıblar.

 

“Bunlar 300 kubmetr mişar taxtası və avtokranın olduğu platformadır”, - deyə xəbərdə bildirilib.

 

FHN materialların artıq Xankəndinə çatdırıldığını qeyd edib. Materiallar Qarabağın fərqli yerlərinə paylanacaq.

Müəllif: Ayna.az