Rusiya neftinin Slovakiyaya “Drujba” kəməri ilə nəqli bərpa olunub

Dünya

23.04.2026 - 13:55

Nazir: "Hazırda neft razılaşdırılmış plana uyğun olaraq qəbul edilir"

Rusiya neftinin Slovakiyaya “Drujba” boru kəməri ilə nəqli bərpa olunub. AYNA.AZ “Aktuality”a istinadən bildirir ki, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova deyib.

Onun sözlərinə görə, üç aylıq fasilədən sonra Rusiya nefti gecə saatlarında “Drujba” boru kəməri ilə ölkəyə axmağa başlayıb.

Nazir qeyd edib ki, "hazırda neft razılaşdırılmış plana uyğun olaraq qəbul edilir".

22 apreldə Macarıstan da “Drujba” boru kəməri ilə Rusiya neftinin nəqlinin bərpa olunduğunu təsdiqləyib.

Neft tədarükünün bərpa olunması, Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 90 milyard avroluq kreditin təsdiqlənməsi üçün Macarıstan və Slovakiya tərəfindən qoyulmuş əsas şərtlərdən biri olub. Kredit üçün yazılı təsdiq prosesinin bu gün başa çatması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş