Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Xəbərlər

23.04.2024 - 23:29

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası müdafiə nazirinin müavini İvanov Timur Vladimiroviç Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsində (rüşvət almaq) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb", - məlumatda deyilir.

Müəllif: Ayna.az