Rusiya MN: Dünən İrəvandan Qarabağa 130-dan çox erməni qayıdıb

Xəbərlər

03.01.2021 - 16:31

Qarabağın erməni əhalisinin yaşadığı əraziyə ümumilikdə 47,1 mindən çox erməni qayıdıb

 

Dünən Ermənistandan Qarabağa 130-dan çox qaçqın qayıdıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

“Rusiya sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdan daha bir qaçqın qrupunu müşayiət ediblər. Qayıdış İrəvan-Xankəndi avtobusu ilə həyata keçirilib”, - məlumatda qeyd edilib.

 

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan sonra Qarabağın erməni əhalisinin yaşadığı əraziyə ümumilikdə 47,1 mindən çox erməni qayıdıb.

Müəllif: Ayna.az